İlkin ehtimala görə, qadın bıçaqla və yaxud kəsici alətlə öldürülüb
Ötən gecə 36 yaşlı Elnarə Vəli qızı Məmmədovanın həyat yoldaşı 1978-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən amansızcasına qətlə yetirildiyi məlum olub. İlkin məlumata görə, qadınla kişi arasında ailədaxili münaqişə baş verib. Münaqişənin qısqanclıq səbəbindən yarandığı deyilir.
***
10.45
Bu gecə saat 02:00-da Bakının Pirallahı rayonunda dəhşətli cinayət baş verib. Pirallahı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bir qadın amansızcasına öldürülüb.
Belə ki, Pirallahı rayonunda 36 yaşlı Elnarə Vəli qızı Məmmədovanın meyidi tapılıb.