Kreml Minsk Qrupunu ləğv etmək və özü yeganə vasitəçi kimi qalmaq istəyir
Soçi görüşünün gündəliyi çox saymazyana tərtib edilib. Kremlin yaydığı rəsmi məlumatda bildirilib ki, Putin Soçidə İlham Əliyev və Serj Sakisyanla görüşəcək. Protokolda İlham Əlieyevin Sarksyanla görüşü və ya üç prezidentin bir araya gələcəyi barədə heç bir qeyd yoxdur. Vladimir Putinin Soçi gündəliyi sıradan avtoritar liderin gündəliyidir. O, skype-la (və ya telemostla) Şimal Buzlu Okeanın tərkib hissəsi olan Kara dənizində West Alpha platformasında neft quyusunun qazıntısının açılışına qatılacaq, ənənəvi olaraq keçirilən «Plotforma S-70» sambo turnirində iştirak edəcək. Rəsmi məlumatın təqdimatından belə görünür ki, Putin bu sambo turnirinə baxmaq üçün Soçiyə gəlib, buna görə də Əliyevi və Sərkisyanı da oraya dəvət edib. Bu məlumata görə iddia edilir ki, Putin İlham Əliyevlə Rusiya-Azərbaycan əməkdaşlığının vacib məsələlərini müzakirə edəcək, qarışılıqlı faydalı bir sıra layihələri, o cümlədən, enerji, investisiya və regional əməkdaşlıq daxilində olan layihələri razılaşdıracaq. Sarkisyanla isə Putin Ermənistanın Avrasiya İrrifaqına qoşulması, iki ölkə arasında ticarət-iqtisadi və humanitar yardımlaşma məsələlərini müzakirə etməlidi. Ermənistanın Rusiyaya hansı humanitar yardımı göstərə biləcəyini nəzərə almadan onu demək olar ki, rəsmi təqdimatda Qarabağ məsələsinin müzakirəsi barədə bir kəlmə də yazılmayıb, Əliyevlə Sərkisyanın görüşü də qey edilməyib.
Amma bütün siyasi dairələr və KİV Kremlin rəsmi təqdimatındakı söhbətlərə əhəmiyyət vermədən gündəlikdə qeyd edilməyən Qarabağ problemini müzakirə etməkdədirlər. Və haqlı olaraq. Hətta Ermənistanda da narahat olanlar var. Məsələn, Siyasi və Beynəlxalq araşdırmalar Mərkəzinin direktoru Ruben Mehrabyan Soçi görüşünün rəsmən elan edilməyən qatlarından narahatlıq bildirir. O, deyir ki, bu, Rusiyanın ATƏT Minsk Qrupunu prosesdən kənarlaşdırıb konflikti öz monopoliyası altına almaq cəhdindən başqa bir şey deyil. «Minsk Qrupu indiki formatda o zaman yaranıb ki, həmin vaxt Rusiya Qərblə əməkdaşlıq edirdi. İndi bu tərəflər düşməndirlər. Minsk Qrupu da az sonra bu düşmənçilik münasibətlərinə davam gətirə bilməz. Buna görə də, Qərb bu danışıqlar təşəbbüsünü öz əlinə almalı və onu Rusiyanın monopoliyasına verməməlidir… Düşünürəm ki, çox şey münaqişə tərəflərindən asılıdır. Rusiya üçün bu vasitəçilik idman marağı deyil, o, postsovet ərazisində yeni imperiyanın yaradılması üçün konkret məqsədlər naminə fəıaliyyət göstərir. Münqaişə tərəfləri olan dövlət başçıları anlamalıdırlar ki, Rusiyanın vasitəçiliyi istər Ermənistanın, istərsə də Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi ilə başa çatacaq. Rusiyanın hansı ölkəyə daha çox vəd verməsindən asılı olmayaraq. Bunun qarşısını isə yalnız bir yol kəsə bilər ki, bu da Qərbin danışıqlarda vasitəçiliyinin qorunub saxlanmasıdır». Ruben Mehrabyan belə düşünür.
Bizim politoloqlar da buna bənzər mövqe bildiriblər, deyəsən. Amma Azərbaycanda avtoritarizmin səviyyəsi yüksək olduğuna görə, bir çox politoloqlar bu danışıqların sonu ilə bağlı narahatlıqları Azərbaycanın maraqlarına və azərbaycanlıların nəyi qəbul edə biləcəyinə yox, İlham Əliyevin kefinə heablayır. Məsələn, hətta təcrübəli politoloq Vəfa Quluzadə də ümid etdir ki: «Putin İlham Əliyevi sındıra bilməz» və buna görə də az narahat olduğunu bildirib. Soçi görüşü isə görünür, İlham Əliyevin sınıb-sınmayacağını nəzərə aldığından yox, gerçək nəticənin olub-olmayacağı tərəddüdü üzündən öz protokoluna Əliyev və Sarkisyanın mümkün görüşü barədə detal daxil etməyib.
Rusiya Minsk Qrupunu sıradan çıxarmaq üçün çox böyük sıçrayış etməlidir və ortada elə bir ciddi, gözlə görünən nəticə olmalıdır ki, Minsk Qrupunu ləğv edib əvəzində Rusiyanın vasitəçiliyini və Rusiyanın sülhyaratma birlikləri adı altında işğalçı hərbi birliklərini Qarabağa yeritmək mümkün olsun. Əsas məsələ budur. Və buna görə də skeptiklər «Əliyev 7 rayon əvəzinə Azərbaycanı Rusiyaya verə bilər» təhlükəsi barədə düşünürlər. Zatən, Rusiya bu cür düşünmək üçün əsas verib. Soçi görüşündən əvvəl Rusiyanın saray politoloqları münaqişənin nizamlanması üçün Rusiyanın Ermənistana, Qazaxstanın isə Azərbaycana zəmanətçi ola biləcəyi versiyasını səsləndirirdi. Postsovet ölkələrinin problemlərini bu müstəvidən kənara çıxarmamaq iddiası isə yalnız özünü regionun sahibi sayan Rusiyanın iddiaları üçün münbit zəmin yaradır.
azadliq.info