Əliyevlə Sarkisyan sabah görüşür

“Sabah Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaqdır”. Bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.
Məmmədov artıq Soçidə olduqlarını qeyd edib. O, məlumat verib ki, avqustun 9-da Azərbaycan və Rusiya prezidentləri ikitərəfli formatda görüşəcək, avqustun 10-da isə Putinin vasitəçiliyi ilə Əliyev və Sarkisyan arasında görüş olacaq.