Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri qeyri-formal olaraq avqustun 9-da axşam da görüşə bilərlər. Onun sözlərinə görə, Əliyev, Sarkisian və Putin Beynəlxalq sambo yarışlarına baxmağa gedəcəklər.
“Platforma S-70” adlı döyüş sambosu yarışlarına Putinin gəlişi artıq ənənəyə çevrilib. Peskov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin də ona qoşulacağı gözlənilir.
Peskov bildirib ki. prezidentlərin 3-tərəfli görüşü isə avqustun 10-da günorta ola bilər.