ABŞ Dövlət Departamentinin rəsmisi Barnum Jeremy Azərbaycanda son günlər insan haqları fəallarının həbsi ilə bağlı “Azadlıq” radiosunun sualına cavabında deyib ki, bu ölkə insan haqlarına dair beynəlxalq öhdəliklərinə uyğun şəkildə yaşamır:
«İnsan haqları fəalı İntiqam Əliyevin saxlanması Azərbaycanda dinc ictimai fəaliyyətə məhdudiyyətləri bir daha sübut edir. Biz getdikcə daha çox narahat oluruq ki, Azərbaycan insan haqlarına dair beynəlxalq öhdəliklərinə uyğun şəkildə yaşamır. Azərbaycan hökumətini öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə, onların işləri üzrə ədalətli məhkəmə proseslərinə təminat verməyə və fikirlərini azad şəkildə ifadə etmələrinə imkan yaratmağa çağırırıq».