Rəsul Cəfərov vəkilinə nə deyib?

İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov saxlanıldığı 1 saylı Bakı istintaq təcridxanasında vəkili ilə görüşüb. Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.

Vəkil bildirib ki, bir saata yaxın davam edən görüşdə Rəsul Cəfərov ittihamların saxta olduğunu, həbsinin sırf hüquq-müdafiə sahəsində fəaliyyətilə bağlı olduğunu vurğulayıb.

Vəkilin sözlərinə görə, ilkin istintaq müddəti üçün Rəsul Cəfərovun barəsində seçilmiş 3 aylıq həbs-qətimkan tədbirinə dair Nəsimi rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verilib. Bu həftənin sonu həmin şikayətə baxılacağı gözlənilir.

Xatırladaq ki, hüquq müdafiəçisi Rəsul Cəfərov avqustun 2-də həbs olunub. Ona qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma kimi ittihamlar irəli sürülüb.

Informasiya şöbəsi