Amerikanın Ermənistandakı səfirliyi bu barədə məlumat yayıb
Minsk qrupunun həmsədrləri prezidentlərin görüşündə iştirak etməyəcəklər. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Ceyms Uorlik, İqor Popov və Pyer Andriye Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Soçidə keçirilməsi planlaşdırılan görüşünə qatılmağı planlaşdırmırlar.
Bu barədə məlumat Amerikanın Ermənistandakı səfirliyindən verilib.
Qeyd edək ki, İ.Əliyev və S.Sarkisyanın avqustun 8-9-da görüşməsi planlaşdırılır.
“Novosti Armeniya” saytının xəbərinə görə, erməni politoloqlar hesab edir ki, Ermənistan baş naziri Ovik Abramyan prezidentlərinin görüşünün keçiriləcəyini bəyan etsə də onun dedikləri reallığı əks etdirmir. Belə ki, onlar Sarkisyanın görüşmək istəmədiyini düşünürlər.