Qənimət Zahid cəbhədəki son durumu Türkiyə televiziyasına şərh etdi VİDEO

Cəbhə xəttində ermənilərin hərbi mövqelərimizə son hücumları və bu səbəbdən yaranan qısa müddətli döyüşlər Türkiyənin “Halk Haber” televiziyasının “Ana xəbər” buraxılışında da işıqlandırılıb. Proqramın müəllifləri cəbhə xəttində baş verənlərin şərhində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin fikirlərinə istinad ediblər. Qənimət Zahid deyib ki, bu olayların arxasında Rusiyanın durduğu ehtimalı yüksəkdir.