Lorin Rəsul Cəfərova azadlıq istədi

Bakıda keçirilmiş “Eurovision-2012”nin qalibi, isveçli müğənni Lorin Azərbaycanda hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsinə münasibət bildirib. Lorin özünün İnstaqram səhifəsində Rəsul Cəfərovla Bakıda çəkdirdiyi fotonu belə bir qeydlə paylaşıb: “Mənim dostum, hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycan hakimiyyəti tərəfindən həbs olunub”. Lorin qeydinin sonunda haştaqla (#releaserasul) Rəsul Cəfərova azadlıq tələb edib.
Xatırladaq ki, Rəsul Cəfərovun koordinatorluğu ilə Azərbaycanın ictimai fəalları 2012-ci il Eurovisionu ərəfəsində ölkəmizlə bağlı beynəlxalq səviyyəli “Demokratiya naminə oxu” (“Sing for democracy”) kampaniyası aparıblar və Lorin də həmin kampaniyaya dəstək verib, Bakıda kampaniyanın fəalları, o cümlədən Rəsul Cəfərovla görüşüb.

azadliq.info