AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin həbsi ilə bağlı DİN-dən məlumat verilib. DİN mətbuat xidmətindən “Azadlıq” a bildirildi ki, Ruslan Nəsirli inzibati xətalar məcəlləsinin 296 və 310-cu maddələri ilə (kiçik xuliqanlıq və polisə müqavimət) təqsirli bilinərək, Yasamal rayon məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ruslan Nəsirli cəbhə bölgəsində əəsgərlərimizin şəhid olmasına etiraz olaraq “Ali Baş Komandan Xalqa cavab ver!” adlı event yaradaraq avqustun 3-də saat 13-də Fəvvarələr Meydanında etiraz aksiyasınin təşkil olunmasını təklif etmişdi. Bundan sonra onun atası, Şamil Nəsirov avqustun 2-də səhər saatlarında həbs olunaraq Salyandakı evindən paytaxta Baş Polis İdarəsinə gətirilmişdi. Ruslan Nəsirli salxanıldıqdan sonra atası sərbəst buraxılmışdı.
Ancaq, bu hadisədən 4 gün keçməsinə baxmayaraq, Ruslan Nəsirlinin harda olması barədə heç bir məlumat verilməmişdi.