İrandan Azərbaycan və Ermənistana çağırış

“Erməni-Azərbaycan münaqişəsinin hərbi həlli yoxdur”.  ANS PRESS-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Marzie Afxam deyib.

O, Azərbaycanı və Ermənistanı danışıqları davam etməyə çağırıb. İran XİN- nümayəndəsi tərəfləri təmkinli olamağa çağırıb. O qeyd edib ki, tərəflər arasında hərbi yolla razılığa nail olunmayacaq.

Qeyd edək ki, son günlər cəbhə xəttində vəziyyət kəskin gərginləşib. Ermənistan tərəfinin təxribatı nəticəsində 14 Azərbaycan əsgəri şəhid olub. Ermənistan tərəfindən isə 70-dən çox hərbiçi ölüb.