Hərbi hissə komandiri evində öldü

Azərbaycanda hərbi hissə komandiri vəfat edib. Silahlı Qüvvələrin Salyanda yerləşən intizam xarakterli hərbi hissəsinin komandiri, polkovnik-leytenant İxtiyar Məmmədov dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, İ.Məmmədov məzuniyyətdə olarkən, Ağdaş rayonunda yaşadığı evdə dünyasını dəyişib.