Gül Ərdoğana vida ziyarəti edib

Vəzifə müddəti 28 avqustda sona çatacaq Türkiyə prezidenti Abdullah Gül Baş nazir Rəcəb Tayyib Ərdoğana vida ziyarəti edib.

Ərdoğan prezident Gülü Baş nazirliyin Mərkəzi Binasının həyətində qapıda qarşılayıb. Gül və Ərdoğan əl sıxaraq mətbuat nümayəndələrinə çəkiliş etməyə icazə veriblər. 

Bu arada Gülün səhvən Ərdoğanın ayağına basması maraqlı bir görüntü kimi meydana gəlib. Mətbuata bağlı ziyarət 40 dəqiqə davam edib. 

Müsahibənin sonunda Baş nazir Ərdoğan, prezident Gülü avtomobilə qədər yola salıb. Qucaqlaşmadan sonra maşına minən prezident Gül şüşəni açaraq əvvəl Baş nazir Ərdoğana, daha sonra da mətbuat nümayəndələrinə əl yelləyərək Baş nazirliyin Mərkəzi Binasından ayrılıb. (ans)