Xəbər verdiyimiz kimi Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılımışdı. Bakı Hərbi Məhkəməsi istintaq orqanın verdiyi təqdimata baxaraq həbs müddətini 3 ay uzatmışdı. Vəkil Adəm Məmmədovun qəzetimizə verdiyi məlumata görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Camal Ramazanovun sədrliyi ilə məhkəmə prosesi keçirilib. Məhkəmə Bakı Hərbi Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Şahin Sultanovun şikayəti təmin edilmədi
•