“Ermənistan və Azərbaycan atəşkəsə hörmətlə yanaşmalıdır”
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərini münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları bərpa etməyə çağırıblar.
ANS TV-nin məlumatına görə, vasitəçilər Ermənistan və Azərbaycan prezidentlərini gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar.
ATƏT-in hazırkı sədri Didyer Burqxalter və ATƏT Minsk Qrupunun üzvləri qoşunların təmas xəttində çoxsaylı itkilərlə nəticələnən zorakılığın kəskin artmasından narahatlıq ifadə ediblər.