Ermənistan və Azərbaycan arasında zorakılıq eskalasiyası Cənubi Qafqazda sülh və sabitlik üçün ciddi təhlükə yaradır. “Trend”in məlumatına görə, bunu International Market Analysis şirkətinin direktoru, amerikalı politoloq Ariel Koen deyib. Amerikalı analitik təəssüf edir ki, beynəlxalq KİV bu hadisələri Suriya və İraqdakı hadisələr kimi işıqlandırmır. Onun fikrincə, Azərbaycan və Ermənistan qüvvələrinin təmas xəttində hərbi əməliyyatlara da Qəzzada və Ukraynada baş verənlərə olduğu qədər diqqət yetirilməlidir.
“Təəssüf ki, eskalasiyasa istefaya gedən ABŞ səfiri Riçard Morninqstar və bu vəzifədə onu Robert Tsekuta əvəz edən zamanı baş verib. Ümid edirəm ki, ABŞ səfirliyi də bu yolverilməz və təhlükəli gərginləşməyə Vaşinqtonun kifayət qədər diqqətini yetirir”, – deyə Koen bildirib.
Ekspertin fikrincə, Ermənistan Gömrük İttifaqına qoşulamsı barədə saziş imzaladıqdan sonra Rusiyanın güclü və aydın dəstəyini əldə edərək özünü cəsarətli hiss edir.