Nəsimi rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Rəsul Cəfərova qarşı qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.
***
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılan hüquq müdaifəçisinə qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, virgidən yayınma və vəzifə səlahiyyətlərini açma maddələri ilə ittiham irəli sürülüb. Hazırda o İdarədən Nəsimi rayon Məhkəməsinə aparılıb. Rəsul Cəfərovun barəsində həbs qəti-imkan tədbirinin seçiləcəyi gözlənilir.
***
İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun həbs edilməsi xəbəri yayılıb. Qeyd edək ki, bir neçə gün əvvəl Rəsul Cəfərov prokurorluqda dindirilib, daha sonra isə evində axtarış aparılıb. R.Cəfərov hazırda Baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindədir. Bu dəqiqələrdə vəkil Xalid Bağırov da onunla görüşmək üçün gedir.
azadliq.info