Ermənistanın Müdafiə Nazirliyindən açıqlama

Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsində baş verən gərginliklə bağlı bəyanat yayıb.

Nazirlik yaydığı bəyanatda Azərbaycan Ordusunun diversiya cəhdləri və erməni mövqelərinə hücumunun dayanmadığını bildirilib.

Məlumatda Azərbaycan Ordusunun erməni mövqelərinə atıcı silahlar və artilleriyadan, qumbaraatan, minaatan və zenit qurğularından atəş açdığı qeyd olunub.

Nazirlik hər iki tərəfin itkilərinin çox olduğunu və bunun getdikcə artdığını xatırladaraq, Azərbaycan tərəfini öz mövqelərinə geri çəkilməyə çağırıb.