Ermənilər mülki şəxsi güllələdi

44 yaşlı Çingiz Aslanov bud nayihəsindən güllə yarası alıb

Bu gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində mülki şəxs yaralanıb. Rayon icra hakiminin müavini Tahir Musayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Qazax rayonunun Məzəm kəndində baş verib. 

Yaralanan şəxs 1970-ci il təvəllüdlü Çingiz Mədət oğlu Aslanovdur. Güllə onun sağ bud nahiyəsini dəlib keçib. 

“O, xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti normaldır. Həyatı üçün heç bir təhlükə yoxdur”, – deyə Tahir Musayev bildirib.