200 min müsəlman Moskvada bayram namazına toplaşdı VİDEO

Bu gün Moskvada Ramazan bayramı qeyd olunub. Minlərlə müsəlman Rusiya paytaxtının “Sülh” prospekti yaxınlığındakı məscidin önünə bayram namazına toplaşıb. Təbii ki, onlar məscidin həyətinə sığmayıblar və bütün prospekti tutublar.
Asayişi qorumağa milis qüvvələri cəlb olunub.
Məlumata görə, Moskva məscidlərində 200 min müsəlman bayram namazına toplaşıb.