Ermənilər Bakıda Qarabağa görə badə qaldırdı

NATO-nun Bakıda keçirilən sammitindən sonra verilən ziyafətdə ciddi qalmaqala səbəb olacaq olay yanaşıb. Ziyafətdə Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan və deputat Teqan Poqasyan Qarabağın şərəfinə badə qaldırıb.

Bu barədə məlumatı Yerevanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan tvitter səhifəsində yayıb. “Koryun Nahapetyan və Teqan Poqosyan Artsaxın şərəfinə badə qaldırıb”, – deyə o, bildirib.