Sabah Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılacaq

İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində (BAM) Camal Ramazanovun sədrliyi ilə “Zerkalo” qəzetinin şərhçisi, həbsdə olan Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılacaq. Şikayət Nəsimi Rayon Məhkəməsinin qərarından verilib. Belə ki, məhkəmə R.Mirqədirovun hüquqlarının müdafiəsi məqsədilə türkiyəli vəkillərə etibarnamənin verilməsi üçün jurnalistin yanına notariusun buraxılması ilə bağlı şikayəti təmin etməyib. 

Bu barədə R.Mirqədirovun vəkili Elmar Süleymanov bildirib. Müdafiə tərəfi BAM-ın məhkəmə heyətinə etirazla çıxış etmək istəyir, çünki həmin hakimlər R.Mirqədirovun qanunsuz həbsilə bağlı şikayəti təmin etməyiblər.