“ABŞ İranla İraqda hazırda yaranmış durumla bağlı əməkdaşlığa hazırdır və istisna deyil ki, iki dövlət Bağdada təhdid törədən terrorçulara qarşı mübarizədə birgə addımlar atsın”.
Bu sözləri “Azadlıq” radiosuna açıqlamasında ABŞ-ın dövlət katibi Con Kerri deyib. Kerrinin sözlərinə görə, İŞİD təkcə İraqa deyil, eyni zamanda qonşu ölkələrə, o cümlədən ABŞ-ın təhlükəsizliyinə təhdid törədir:
“Hazırda İraqın paytaxtına heç bir təhlükə yoxdur. Amma istisna deyil ki, ABŞ pilotsuz təyyarələrin köməkliyi ilə terrorçuların mövqelərinə zərbələr endirsin”.


