Rusiyanın Rostov və Kaluqa vilayətlərindən Ukrayna sərhəddinə doğru 200-dən çox ağır texnika və hərbi maşın hərəkət edir.
Bu barədə “İnter” telekanalı yerli əhaliyə istinadən xəbər yayıb. Hərbi karvanın hərəkəti həvəskar kamera tərəfindən qeydə alınıb.
Ukrayna Antiterror Əməliyyatları qərargahından bildirilib ki, bu məlumata görə ordu hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, Ukrayna kəşfiyyatı xəbərin səhihliyini yoxlayıb və faktı təsdiqləyib.


