İran İraqa hərbi kömək edəcək

İran prezidenti Həsən Ruhani bəyan edib ki, onun ölkəsi sünni üsyançılarla mübarizədə İraqa kömək etməyə hazırdır.

AzVision.az xəbər verir ki, Ruhanı o cümlədən əlavə edib ki, hələlik mövcud vəziyyətlə bağlı Bağdaddan Tehrana heç bir müraciət daxil olmayıb. 

Daha əvvəl ABŞ-ın “The Wall Street Journal”-ı İranın İraqı xeyli sayda batalyonlardan ibarət əsgər göndərməsi xəbərini yayıb. Lakin rəsmi Tehran bu məlumatı təsdiqləməyib.