
Mosulda İŞİD-in girov götürdüyü Türkiyə diplomatlarının azad olunması üçün səylər hələlik heç bir nəticə vermir. Konsul Öztürk Yılmaz da daxil olmaqla 49 diplomat girovun harada saxlandığı haqda da ziddiyətli xəbərlər daxil olur.
İndiyədək olan məlumatlarda deyilirdi ki, girovlar Mosulda saxlanılır. Lakin Ərbil və Qamışlıdan olan iki mənbə “Əl Cəzirə”yə deyib ki, İŞİD girov götürdüyü türk diplomatlarından bir neçəsini Suriyanın Raqqa şəhərinə aparılıb. İddiaya görə, Raqqaya baş konsul və daha 14 diplomat aparılıb.
Bu arada xəbər verirlir ki, girovları azad olunacaqları təqdirdə Türkiyəyə gətirmək üçün Mosula 10 zirehli avtomobil karvanı göndərilib. Karvan Ərbildən yola salınıb. Lakin geri qaytımaq üçün daha təhlükəsiz olan Mosul-Duhok yolu seçilib. Avromobillərin hazırda Duhoka çatdığı deyilir. Onlar Mosul yaxınlığında dayanıb girovların azad edilməsini gözləyəcəklər.
azadliq.info


