Başı kəsilən gəlinin anası danışdı

“Elçin iki gün bundan qabaq onların evlərinə girib. Qonşu zəng edib ki, Elçin gəlib qapınızdadır. Bir əlində tüfəng, bir əlində bıçaq olub”. ANS PRESS-in məlumatına görə, bunu ötən gün Gədəbəy rayonunda gözəllik salonunda qətlə yetirilən 28 yaşlı Fəxriyyə Aslanovanın xalası Səmayə Orucova bildirib. Onun sözlərinə görə, bu hal dəfələrlə olub.

Qətlə yetirilən Fəxriyyənin ailəsi bundan əvvəl də Elçinin onları ölümlə hədələdiyini deyir.
Bu hadisədən sonra gənc qadının ailəsi polisə zəng vurublar.

Fəxriyyənin anası Həmayə Orucova Elçin barədə polisə şikayət etdiyini bildirib. Onun sözlərinə görə, polisə ərizə ilə müraciət edəndən sonra qapını qıfıllayıb. “Qaynar xəttə zəng edəndə gəlib aparıblar. Bıçağı da tüfəngi də götürüblər. Sonra deyiblər tüfəngi olmayıb. İki gündən sonra da buraxıblar”.

Qeyd edək ki, Elçin və Fəxriyyə bir il əvvəl rəsmi qaydada boşanıblar. Onların bir övladı var. Hadisəni törətməkdə şübhəli bilənən əri isə hələ ki saxlamaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.