İcra başçısının apardığı abadlıq işləri problem yaradıb
Bakı-Sumqayıt yolunun kənarlarında abadlaşdırma işləri Ceyranbatan qəsəbəsinin sakinlərini problemə salıb. Qəsəbə sakinlərinin sözlərinə görə, Abşeronun icra başçısı Zakir Fərəcovun göstərişilə yol kənarlarında təpəciklər düzəldilməsi onları magistrala çıxışını bağlayıb: “Guya abadlaşdırma işləri aparırlar, amma yolumuzu bağlayıblar.
Əgər bizim yola çıxışımız bağlanıbsa, marşruta necə minəcəyik? Bunu fikirləşmirlər?”, – deyə qəsəbə sakinləri bildirib. Onların sözlərinə görə, öz vəsaitləri hesabına magistrala çıxış üçün pilləkan düzəldiblər: “Bizim evlərin yerləşdiyi ərazi Azərborunun balansında olan sahədir. Bu ərazi bağ kimi camaata verilib və ərazi bir qədər çökəkdə yerləşir. Ona görə də biz öz vəsaitmiz hesabına magistarala çıxış üçün daşdan pilləkan tikmişdik. Həmin pilləkanın qarşısı bağlanıb. Indi qalmışıq belə”.
Sakinlər qəzetimiz vasitəsilə müvafiq qurumlara müraciət edərək problemin aradan qaldırılmasını xahiş edirlər.
Mövzunu diqqətdə saxlacağayıq.


