Ukrayna-Rusiya sərhədində qanlı döyüş gedir FOTO

4 Ukrayna hərbçisinin, 5 separatçının öldüyü bildirilir

 

Ukrayna-Rusiya sərhədində separatçılarla ordu qüvvələri arasında gedən döyüşlərdə 4 hərbçi ölüb. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Hərbi Siyasi Təhqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk deyib. Onun sözlərinə görə, qızğın döyüşlər zamanı 4 əsgər ölüb, 31 nəfər isə ağır yaralanıb. 

O, bildirib ki, düyüşlərdə separatçılar da itkilər verib. Lakin onların sayı dəqiq bilinmir.

Son məlumatlara görə, Mariopul şəhərində genişmiqyaslı antiterror əməliyyatlarına yenidən start verilib. Əməliyyatlar zamanı 5 separatçının öldüyü, 2 tank, 3 BTR və 2 silahla dolu yük maşının məhv eildiyi bildirilir.