Səddam Hüseyin qızı İraqda baş verənlərdən danışdı: “Çox sevinirəm”

İraqın keçmiş diktatoru Səddam Hüseynin qızı Raqhat Hüseyn İraqda baş vermiş son hadisələrə münasibət bildirib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İordaniyada mühacir həyatı yaşayan Raqhat Hüseyn hazırda atasının edam olunması ilə bağlı aparılan araşdırmalarda iştirak edən vəkil heyətinə rəhbərlik edir. Diktatorun qızı İŞİD-in İraqda həyata keçirdiklərinə sevindiyini bildirib: 

“İraqda qazanılan zəfərlər məni çox xoşbəxt edir.  İzzət İbrahimin (Səddam Hüseynin sağ əli) üsyançılara qoşulmasına çox sevindim. Çox istəyirəm, bir gün İraqa dönüm.  Tiqritin azad olunmasına çox şükür edirəm”.