İraqın şiə müsəlmanlarının ruhani lideri, ayətullah Əli Sistani İraq sakinlərinin əllərində silah ekstremistlərə qarşı mübarizə aparmalı olduğunu deyib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Əlində silah tutmağı bacaran İraq vətəndaşları terrorçulara qarşı vuruşmaq, öz ölkəsini və müqəddəs yerləri müdafiə eləmək üçün könüllülər qismində təhlükəsizlik qüvvələrinə qoşulmalıdırlar”, – deyə şiə lideri bildirib.
Sistaninin nümayəndəsinin sözlərinə görə, ölkədə vəziyyət xüsusilə təhlükəli xarakter alıb. Çünki ekstremistlər ələ keçirdikləri ilə kifayətlənmək fikrində deyillər və bütövlükdə İraqı tutmağı hədəfləyiblər.


