Azərbaycanda tanınmış telejurnalist canlı efirdə dünyasını dəyişdi VİDEO

Şair-jurnalist bu yaxınlarda 60 yaşını qeyd etmişdi

Tanınmış telejurnalist, şair Vidadi Tağızadə dünyasını dəyişib. ”Dünya tv”-də canlı olaraq yayımlanan ”Bu Sabah” verilişində şairin vəziyyəti qəflətən pisləşib və keçinib. Onun ölüm anı anbaan görüntülənib.

Bildirək ki, şair-jurnalist bu yaxınlarda 60 yaşını qeyd etmişdi. Son kitabının nəşri də yubileyinə təsadüf etmişdi. (anspress.com)