Kral oğlunun andiçmə mərasiminə gəlməyəcək

Bu barədə kral sarayının təmsilçisi bildirib

İspaniyanın hakimiyyətdən imtina edən kralı Xuan Karlos oğlu Filippin iyunun 19-una nəzərdə tutulmuş andiçmə mərasiminə gəlməyəcək. 

Bu barədə kral sarayının təmsilçisi bildirib. Mənbə deyib: “Bütün diqqətin yeni krala yönəlməsi üçün kral Xuan Karlos mərasimə gəlməyəcək”.

76 yaşlı monarx iyunun 2-də hakimiyyətdən könüllü imtina barədə qərarını açıqlayıb. Onun sözlərinə görə, hakimiyyət çələngini ölkədə lazımi islahatları gerçəkləşdirməyə qadir gənc və enerjili nəslə vermək lazımdır. 

Xuan Karlos qeyd edib ki, onun oğlu kral olmağa tam hazırdır. (anspress.com)