“İŞİD-in arxasında Bəşər Əsəd dayanıb”

“İraqın şimalındakı Mosul şəhərini ələ keçirən “İraq Şam İslam Dövləti” (İŞİD) radikal islamçı qruplaşmasının arxasında Suriya prezidenti Bəşər Əsəd dayanıb”. Bunu AKP-dən olan millət vəkili Salih Kapusuz Twitter səhifəsində yazıb. Millət vəkilinin sözlərinə görə, dünya indiyə qədər Əsədin bu oyununa göz yumsa da, bundan sonra artıq bu oyuna dur deməlidir.

azadlıq.info