Prezident mərasimdə çıxışı zamanı huşunu itirdi

Hadisə milli bayramın qeyd edilməsi zamanı baş verib

Portuqaliya prezidenti Anibal Kavaku Silva təntənəli mərasimdə çıxışı zamanı huşunu itirib. Hadisə ölkənin şimalında yerləşən Quarda şəhərində milli bayramın qeyd edilməsi zamanı baş verib. Həmkarlar təşkilatının təmsilçiləri hökumətin sosial siyasətinin əleyhinə şüarlar səsləndirən zaman o özünü pis hiss edib. (anspress.com)