Klintondan Ərdoğana inanılmaz sözlər

ABŞ-ın sabiq xarici işlər naziri Hillari Klinton xatirələrini yazığı kitabının Avropa ilə bağlı bölümündə Türkiyəyə geniş yer ayırıb.

Teleqraf.com xəbər verir ki, Klinton 632 səhifəlik kitabında Türkiyənin hər zaman ABŞ-ın etibarlı müttəfiqi olduğunu xüsusi vurğulayıb. Bununla yanaşı, Klinton Türkiyə-ABŞ münasibətlərinə ən çox Buşun zərbə vurduğunu da öz kitabında qeyd edib. 70 milyondan çox müsəlman əhaliyə sahib olan Türkiyənin Avropada və Yaxın Şərqdə öz gücünü qoruduğunu bildirib. Türk ordusunun gücünə də toxunan Klinton baş nazir Ərdoğan və qızları haqqında da öz fikirlərini qələmə alıb.

 “Ərdoğan çox güclü, təsirli, dindar və həlledici siyasətçidir. Türkiyə-ABŞ münasibətlərində Ərdoğan həlledici və açar rolunu oynayan siyasətçi olub. Onun qələbə qazandığı seçkilərdən sonra da ölkədəki müsbət dəyişikliklər danılmazdır. Ancaq bununla yanaşı, hökümətin aqressiv qərarları və mətbuata qarşı xoşagəlməz münasibəti də qeyd edilməlidir. Ərdoğan hicablı olan və qürur duyduğu qızlarının təhsili ilə bağlı da məndən fikir alıb”,- deyə Klinton öz xatirələrində qeyd edib.