ABŞ Dövlət Departmentinin sözçüsü Jen Psaki İraqın Mosul şəhərində Türkiyə konsulluğuna edilən hücumu və türk vətəndaşlarının girov götürülməsini kəskin şəkildə pisləyib. Psaki olayla bağlı ABŞ dövlət katibi Con Kerri ilə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu arasında telefon danışığnın olduğunu da bildirib. Departament sözçüsü ABŞ-ın baş verənlərə görə məsuliyyət daşıyanları qınadığını deyib.
azadlıq.info


