İtalyanlar İsanın heykəlinə futbolka “geyindirdi”

Braziliya ilə İtaliyanın münasibəti korlandı

İtaliyanın RAİ dövlət teleradio şirkəti futbol üzrə dünya çempionatının (DÇ) reklam çarxını daha göstərməyəcək. Buna səbəb italyanların DÇ-2014-ə həsr olunmuş reklam çarxında braziliyalıları təhqir etməsidir.

Çarx uşaqların italyan opera musiqisi altında Rio-de-Janeyronun küçələrində necə futbol oynadığı kadrlarından başlanır. Sonra tamaşaçılar İsa Məsihin məşhur heykəlini görürlər. Heykələ kompüter qrafikasının köməyi ilə İtaliya futbol yığmasının futbolkası “geyindirilib”. 

Məhz bu hərəkət braziliyalıları yaman əsəbləşdirib. Rio-de-Janeyronun katolik arxieparxiyası RAI-ni məhkəməyə verməklə hədələdi. (anspress.com)