İlham Mirzəyevin həbsi uzadıldı

Teleaparıcının həbs müddətinin uzadılması barəsində qərar qəbul edilib

Tanınmış teleaparıcı İlham Mirzəyevin həbs müddəti uzadılıb. Bu barədə ANS PRESS-ə İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib. O, bildirib ki, istintaq yekunlaşmadığı üçün Nərimanov Rayon Məhkəməsi İlham Mirzəyevin həbs müddətinin uzadılması barəsində qərar qəbul edib.

Xanlar Bayramzadə teleaparıcının səhhətinin yaxşı olduğunu bildirdi. Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.