“Ölməkdən qorxmuram, lakin futbola baxa bilməyəcəyimdən qorxuram”.
Bunu ANS PRESS-ə açıqlamasında Bakı şəhərinin meri Hacıbala Abutalıbov bildirib.
“İşlə əlaqədar dövlət tədbirləri və s. olmadığı təqdirdə dünya çempionatının bütün oyunlarını izləyəcəm. Braziliya yığmasını, Türkiyəni sevirəm, “Qarabağ”ı sevirəm, sonda isə “Neftçi”ni sevirəm. Bəli, bu komandalar mənim favoritimdir. “Dinamo Kiyev” də həmçinin. Builki çempionatda da Braziliya millisinin çempion olmasını arzulasam da, Almaniyanın buna icazə verməyəcəyini düşünürəm”, – deyə Bakı şəhərinin meri bildirib.


