İstiqlalçı deputatlar sensasiyalı faktlar açıqlayacaq
Azərbaycanın müstəqilliyinə səs vermiş bir qrup keçmiş millət vəkili mətbuat konfransı keçirtməyə hazırlaşırlar.
İstiqlalçı deputatların adından “Azadlıq-ın elektron poçt ünvavına bu barədə müraciət göndərən professor Hacıbaba Əzimov mətbuat konfransında sensasiya doğuran hallar və faktların açıqlanacağını vurğulayıb.
Hörmətli redaksiyalar!
Dünyanın bütün ölkələrində, həm də postsovet respublikalarında dövlət müstəqilliyi günü əsas dövlət bayramı hesab edilir. Müstəqilliyin qurucuları olan deputatlara ən yüksək hörmət və qayğı göstərilir. Lakin Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində müstəsna xidmətləri olan istiqlalçı deputatların böyük əksəriyyəti uzun illərdir ki, müxtəlif təzyiq və təqiblərə, “məxməri terror”a məruz qoyulub, çətin həyat yaşamaga məhkum ediliblər. İstiqlalçı deputatlara bu qeyri-adekvat münasibət göstərilməsinin səbəblərini və nəticələrini ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə
2014-cü il iyunun 10-da saat 12.00-də Repertyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ-nin) ofisində (ünvan: R.Behbutov pr., 8, mən.85-86. Tel: (012) 493 50 36; 050 543 39 49)
“Azərbaycanda istiqlalçı deputatlara qarşı diskriminasiya tətbiq edilməsi: səbəblər və nəticələr” mövzusunda keçiriləcək mətbuat konfransında sensasiya doğuran hallar və faktlar açıqlanacaqdır.
Milli Məclisin hazırkı və sabiq deputatlarının, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının, beynəlxaq təşkilatların və səfirlikərin nümayəndələrinin iştirakı ilə keçiriləcək mətbuat konfransında Sizin də nümayəndənizi görməyi arzu edirik.


