Misirin yeni prezidenti and içdi

Misirin yeni prezidenti Əbdül Fəttah əl-Sisi iyunun 8-də and içib. İnauqurasiya mərasimi Konstitusiya Məhkəməsinin binasında keçirilib. Əl-Sisi Konstitusiya Məhkəməsi hakimlərinin qarşısında dövlətə sədaqət andı içib.
Misirdə prezident seçkiləri mayın 26-28-də keçirilib. Keçmiş müdafiə naziri Sisi 96,9 faiz səslə qalib elan olunub.