Lukaşenko Ukraynada separatçıları məhv etməyə çağırdı

Belarus prezidenti Alkesandr Lukaşenko Ukraynada ərazi bötüvlüyünə qarşı çıxan silahlılara qarşı sərt addımlara çağırıb.

“Hesab edirəm ki, Ukrayna hökuməti ölkənin şərqində sərt addımlar atmalıdır. Ukraynalılara qarşı silahla çıxan şəxslər məhv edilməlidir. Lakin əməliyyatlar dəqiq və ağılla həyata keçirilməlidir”, – deyə o Ukrayna mediasın bildirib.

Lukaşenko deyib ki, Ukraynada problemin sülh yolu ilə həllində vasitəçi olmaq istəmir. “Hesab edirəm ki, ukraynalılar ağıllı insanlardır. Onlar problemlərini özləri həll edə bilərlər”.- deyə o, qeyd edib.

Belarus prezidenti şəcərəsinin Ukraynaya gedib çıxdığı haqda məlumat da verib: “Ukrayna mənim üçün yad deyil. Çünki mənim köklərim Ukraynaya gedib çıxır”.

“Heç bir vasitəçilik missiyası üzərimə götürmədən, Ukraynada problemin həlli üçün əlimdən gələni etməyə hazıram” deyən Lukaşenko sonda jurnalistlərlə zarafat da edib: “Unutmayın ki, Avropanın sonuncu diktatoru ilə danışırsız”.

azadliq.info