
Ukrayna Radikal Partiyasının sədri, deputat və prezidentliyə keçmiş namizəd Oleq Lyaşko Rusiyalı jurnalisti Ali Radanın binasından qovub. Lyaşko foyedə rusiyalı jurnalistin, belə görünür ki, vəsiqəsini əlindən alır və onu cırmağa çalışır. Sonra o, jurnalistlə mübahisəyə başlayır və ondan parlament binasını tərk etməyi tələb edir. Jurnalist buna əməl etməyincə, deputat onu zorla binadan çıxarır. Lyaşko jurnalisti Rusiyanın Ukraynaya qarşı etdiklərinə görə çox sərt sözlərlə acılayır.


