Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyaya iki etiraz notası verib. İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, Ukrayna xarici işlər idarəsinin açıqlamasında belə deyilir. Sənədlərin birində nazirlik Ukrayna-Rusiya sərhədindəki pozuntu faktlarına dair Rusiya tərəfindən izahat tələb edib. Həmçinin, Rusiya tərəfinə ölkənin sərhəd xidməti və digər səlahiyyətli orqanlarının fəaliyyətsizliyi ilə bağlı qəti etiraz bildirilib. Sənəddə vurğulanır ki, Rusiya sərhədçiləri mütəşəkkil silahlı birləşmələrin qeyri-qanuni yolla Ukrayna ərazisinə keçməsinin qarşını almırlar. (APA)


