Ukrayna prezidenti Petr Poroşenko vəzifəsini icra eməyə başladığı ilk günü baba olub. Bu barədə o inaqurasiya mərasimində nitqi zamanı bildirib. «Bu gün ukraynalıların sayı bir nəfər də artıb. Mən baba olmuşam», – deyə dövlət başçısı nitqinin sonunda qeyd edib.
Qeyd edək ki, Poroşenkonun böyük oğlu Aleksey Vinnitsa vilayət şurasının deputatıdır. O, 2012-ci ildə Batkivşina partiyasının nümayəndəsi kimi seçkilərdə qalib gəlib.
azadlıq.info


