Moskvada azərbaycanlılardan ibarət quldur dəstəsi yaxalandı

Onlar mebel salonuna basqın edərkən ələ keçiblər

Moskvada quldurluqla məşğul olan azərbaycanlılardan ibarət dəstə həbs edilib. 6 nəfərlik dəstə müxtəlif obyektlərə basqın etməkdə suçlanırlar.

Dəstə dünən paytaxtın Andropov küçəsində mebel salonuna basqın edərkən yaxalanıb.

Həbs edilənlər Moskva polisi tərəfindən 20 gün imiş ki, izlənilirmiş. Onların üzərindən tapança və soyuq silah götürülüb. (lent.az)