
Bakıda ictimai nəqliyyatda maraqlı anlar yaşanıb. Qoyun avtobusa mindirilib. Heyvanın ictimai nəqliyyatdakı görüntüsü sosial şəbəkədə yayılıb.
Bu hal bu gün səhər saatlarında 128 nömrəli avtobusda qeydə alınıb. Sərnişinlərdən birinin qoyunla ictimai nəqliyyata minməsinə heç bir problem yaradılmayıb.
Ancaq digər sərnişinlər buna etirazını bildirib. Qoyunun sahibi isə “Qoyundur da, burda nə var ki?” deyə bildirib (ans press).



