Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü İntiqam Etibar oğlu Məmmədov qonşusu, həmdə qohumu olan 1993-cü il təvəllüdlü Nicat Sabir oğlu Qüdrətova bıçaqla xəsarət yetirib. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan N. Qüdrətovun vəziyyəti normal qiymətləndirilir. (APA)
Tovuzda 18 yaşlı gənc qohumunu bıçaqlayıb
•


