Sankt-Peterburqda azərbaycanlı intihar edib

Sankt-Peterburqda 21 yaşlı azərbaycanlı qız hündür mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. O, yerindəcə keçinib. Araşdırmalar zamanı azərbaycanlı qızın Moskva sakini olduğu məlum olub. Onun Sankt-Peterburqda yaşayan nişanlısının evinə qonaq gəldiyi bildirilib. İntihar edən qızın adı açıqlanmayan nişanlısının 27 yaşlı azərbaycanlı olduğu da məlum olub. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (APA)